“Azəryol” və “Muşina” klubları arasında keçiriləcək oyunların tarixi müəyyənləşib
Bakının qadınlardan ibarət “Azəryol” klubunun Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının dörddəbir final mərhələsindəki oyunlarının tarixi müəyyənləşib.

Bakı təmsilçisi yanvarın 19-da Polşada “Muşina” komandasının qonağı olacaq. Komandalar arasında cavab oyunu yanvarın 27-də Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, turnirdə mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan “Azəryol” Rumıniyanın “Tarqoviste” və Finlandiyanın “Salo” klublarını yarışdan kənarlaşdırıb.

Xəbər 750 dəfə oxundu.