Azərbaycanlı tələbə Pekində fitnes-model yarışmasının qalibi olub
Həmyerlimiz Sadiq Həsənov Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən “Beijing Students Fitness Model Contest” yarışmasının qalibi olub.

Bu barədə Pekin İdman Universitetinin tələbəsi Sadiq Həsənov özü məlumat verib. Təmsilçimiz yarışda çıxış edən 46 iştirakçı arasında "Ən istedadlı yarışçı" adına da layiq görülüb.

Qeyd edək ki, bu yarış hər il Pekində tələbələr arasında bodibildinq, fitnes model və qadın fitnesi növlərində keçirilir.

AZƏRTAC


Xəbər 788 dəfə oxundu.