Formula 1 Avropa Qran Prisinin əyləncə zonasının bağlanış gününü qaçırmayın
Dekabrın 19-dan başlayaraq Formula 1 Avropa Qran Prisi yarışına “Son 6 ay” tədbiri ilə bağlı Dənizkənarı Milli Parkda təşkil olunmuş əyləncə zonasının fəaliyyətinə 26 dekabr, Şənbə günü, saat 20:00-dan etibarən son veriləcək.

Qeyd edək ki, daha öncə Formula 1 azarkeşlərinin yüksək marağı və müxtəlif yaş qruplarını əhatə edən gündəlik 100 minə yaxın ziyarətçi sayı nəzərə alınaraq, bulvar ərazisində hər gün davam edən əyləncə məkanı 27 dekabr, Bazar günü axşam saat 22:00-a kimi açıq elan olunmuşdu. Lakin, şəhərin mərkəz hissəsində Yeni İl şənliklərinə gücləndirilmiş hazırlıq işləri ilə bağlı olaraq yarışın Əməliyyat Şirkəti əyləncə proqramını bir gün tez sonlandırmağı qərar verib.

Məumat üçün örtülü əyləncə zonasında quraşdırılmış simulyator oyunları, balacalar üçün fərqli əyləncə növləri, kompyuter oyunları, əsil Formula 1 avtomobili və əfsanəvi pilotların muzey eksponatları ilə tanışlıq bu gün saat 20:00-dək paytaxt sakinlərinin istifadəsinə açıq olacaq və tamamilə pulsuzdur.

Xəbər 847 dəfə oxundu.