Bakının “İnter” klubu daha dörd futbolçu ilə yollarını ayırıb
Bakının “İnter” klubu daha dörd futbolçusu ilə yollarını ayırıb.

Komandanı tərk edən Abdulla Abatsiyevin ardından dörd legioner “İnter” ilə vidalaşıb. Bunlar İvan Benites, Xuan Fransisko, Emilian Vila və Stepan Polyakdır.

Qapıçı Səlahət Ağayev ilə danışıqlar davam edir. Tərəflər ortaq məxrəcə gələcəyi təqdirdə S.Ağayev ilə müqavilə müddəti artırıla bilər.

Xəbər 717 dəfə oxundu.