U-17 komandamızdan növbəti qələbə
“Neftçi” PFK-nın U-17 komandası AFFA-nın təşkil etdiyi Bakcell U-17 liqasında növbəti qələbəsini qazanıb. Baş məşqçi Elşad Əhmədovun yetirmələri XIII turda “Rəvan” klubuna 2:0 hesabı ilə qalib gəliblər. Komandamızın heyətində Pərviz Həsənov fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, bu qələbədən sonra “Neftçi” 32 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Xəbər 728 dəfə oxundu.