Şahmatçılarımız beynəlxalq turnirdə iştirak edirlər
Birləşmiş Ərəb Əmirliklərinin Əl-Eyn şəhərində keçirilən beynəlxalq şahmat turniri davam edir. 28 ölkədən 144 şahmatçı qələbə uğurunda mübarizə apardığı yarışda 2-ci turun oyunları başa çatıb.

2 turdan sonra təmsilçilərimizdən Ülvi Bacarani aktivinə 2 xal yazaraq liderlər sırasındadır. Zaur Məmmədov və Orxan Abdulov isə 1.5 xal toplayaraq liderlərdən yarım xal geri qalırlar. Gülnar Məmmədova, Vüqar Əsədli, Aydan Höccətova, Nərmin Məmmədova, Abdulla Xəyalə və Aqil Pirverdiyev hərəyə bir xal toplayıblar. Günay Məmmədzadə və Nərmin Xələfova isə aktivlərinə 0.5 xal yaza biliblər.

Yarış isveçrə sistemi ilə 9 turdan ibrət keçirilir.

Xəbər 689 dəfə oxundu.