“Bakı” səfərdə də rəqibinə şans vermədi
Bu gün Çellenc kubokunun 1/8 final mərhələsinin cavab oyunları baş tutub. İdman.com.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən “Bakı” səfərdə Xorvatiyanın “Rieka” klubu ilə qarşılaşıb. Birinci görüşünü qələbə ilə başa vuran “zolaqlılar”, rəqib meydannıda da bu uğuru təkrarlayıblar. Beləliklə, mütəxəssislərin oyunun “qızıl set”ə qədər uzanmayacağı ehtimalı yekunda özünü doğruldub.

Çellenc kuboku

8 fevral
1/8 final mərhələsinin cavab oyunu

21:00. “Rieka” (Xorvatiya) - “Bakı” (Azərbaycan) - 0:3 (17:25, 21:25, 18:25)
Hakimlər: İvan Momirov (Bolqarıstan), David Fernandes (İspaniya)

İlk oyun
“Bakı” (Azərbaycan) – “Rieka” (Xorvatiya) - 3:0 (25:14, 25:16, 25:21)

Xəbər 932 dəfə oxundu.