Millimizin hazırlıq planı dəyişdirilib
Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı dəyişdirilib.

Turnirə Bakıda hazırlaşan yığmamızın toplanış müddəti artırılıb. Belə ki, dekabrın 18-dən etibarən bir araya gələn millimizin bu gün başa çatmalı olan toplanışı dekabrın 30-dək davam edəcək. Bu addım Təbriz Həsənovun yetirmələrinin yarışa daha yaxşı hazırlaşması məqsədilə atılıb.

Qeyd edək ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyaya qarşı keçirəcək.

Xəbər 717 dəfə oxundu.