Tərbiyə müəssisəsində mini-futbol turniri keçirilib
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tərbiyə müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş mini-futbol yarışı keçirilib.

Yarışda tərbiyə müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə “Təhsil” Respublika İdman Mərkəzinin və Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yeniyetmələrdən ibarət futbol komandaları qarşılaşıb.

Məhkumlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanan və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 11:5 hesabı ilə tərbiyə müəssisəsinin komandası qalib gəlib.

Sonda yarış iştirakçıları Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Xəbər 747 dəfə oxundu.