Futzal üzrə Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq | |
Futzal üzrə Azərbaycan millisinin fevralın 1-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Avropa çempionatının final mərhələsinə hazırlıq planı müəyyənləşib. Baş məşqçi Tino Peres yığmamızın ilk təlim-məşq toplanışını yanvarın 10-dan 18-dək Bakıda təşkil edəcək. Yanvarın 21-dən 29-dək baş tutacaq ikinci hazırlıq prosesinin də Bakıda keçirilməsi nəzərdə tutulub. Hazırlıq prosesi zamanı yığmamız iki yoxlama görüşü keçirəcək. Bakıya gələcək Belarus yığması yanvarın 22-də və 24-də millimiz ilə oyunda qüvvəsini sınayacaq. |
|
Xəbər 851 dəfə oxundu. |
|
|