Şəhər məktəblilərinin XXVII spartakiadasının qalibləri mükafatlandırılıb
Dekabrın 25-də Nərimanov Rayon İcra Hakimiyyətində Bakı şəhər məktəblilərinin XXVII spartakiadasının bağlanış və XXVIII spartakiadasının açılış mərasimi keçirilib.

Tədbiri açan Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov spartakiadalar barədə məlumat verib. Bildirilib ki, spartakiadalar Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Nərimanov rayon gənclər və idman idarəsi tərəfindən təşkil olunub.

Digər çıxış edənlər də dövlətimizin başçısının gənclər və idman sahəsinə yüksək diqqət və qayğısından danışıb, qaliblərə təbriklərini çatdırıblar.

Sonda qaliblər mükafatlandırılıb.

Xəbər 1981 dəfə oxundu.