“Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi
Topaz Premyer Liqasının qış fasiləsi müddətində “Kəpəz” çempionatın ikinci hissəsinə hazırlığı ölkə daxilində keçirəcək. Gəncə klubunun hazırlıq planı iki hissəyə bölünüb. “Sarı-göylər” əvvəlcə Yevlaxda məşq edəcəklər. Komanda gələn il yanvarın 10-da bu şəhərdə toplanacaq. Ertəsi gün futbolçular məşqə çıxacaqlar. Burada bir həftə müddətində fiziki hazırlığın təməli qoyulacaq.

Daha sonra “Kəpəz” Bakıya yollanacaq. Komanda ayın 20-dən 28-nə kimi paytaxtda taktiki və texniki hazırlıq üzərində işləyəcək.

Hazırlıq planına əsasən, Nizami yurdunun təmsilçisi üç yoxlama oyunu keçirəcək. Belə görüşlərdən biri Yevlaxda, ikisi isə Bakıda olacaq. Komandanın yoxlama matçlarındakı rəqibləri hələ müəyyənləşməyib

Xəbər 706 dəfə oxundu.