Hövsan Olimpiya İdman Kompleksi
Yaradılış tarixi: 2019-cu il

Ərazi: 4,9946 hektar

Hövsan Olimpiya İdman Kompleksi 2009-cu ildən fəaliyyət göstərir.

Kompleksin ərazisi 4,9946 hektardır. Kompleksdə 1650 nəfər tamaşaçı tutumu olan universal zal, üzgüçülük hovuzu, köməkçi zal, karate zalı, fitnes zalı mövcuddur.

Bunlardan əlavə kompleksin həyətyanı sahəsində dəmir konstruksiyadan ibarət yeni 150 nəfərlik yeməkxana quraşdırılmışdır. Oxatma meydançası, minifutbol meydançası və voleybol meydançası da mövcuddur.

Kompleksin balansında Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsi 8 ünvanında yerləşən ümumi sahəsi 450 kv.m. olan birmərtəbəli idman zalı, Əmircan qəsəbəsində, Yeni Günəşli V Massiv ərazisində və Yeni Suraxanı qəsəbəsi Aşağı qəsəbə küçəsində yerləşən minifutbol meydançaları da var.

Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi , Elman Qasımov küçəsi 15k

İndeks: AZ 1089

Şəhər: Bakı

Telefon: 457 73 81

Faks: 457 73 81

E-mail: hovsan-olimpiya-kompleksi@mail.ru

Xəbər 16021 dəfə oxundu.