Şəhriyar Məmmədyarov “Qatar Masters Open 2015” turnirin liderlərindən yarım xal geri qalır
Dohada nüfuzlu “Qatar Masters Open 2015” açıq şahmat turniri davam edir. Turnirə 141 şahmatçı, o cümlədən 89 qrossmeyster qatılıb. Azərbaycanı qrossmeyster Şəhriyar Məmmədyarov təmsil edir.

Dörd turdan sonra hərəyə 3,5 xal toplayan Maqnus Karlsen (Norveç), Aniş Giri (Hollandiya), Li Çao (Çin), Maksim Matlakov (Rusiya) və Uesli So (ABŞ) irəlidədirlər. 18 şahmatçı, o cümlədən Şəhriyar Məmmədyarov yarım xal geri qalırlar.

Beşinci turun püşkatmasının nəticələrinə görə, Şəhriyar Məmmədyarov ağ fiqurlarla Rusiya qrossmeysteri Denis Xismatulinlə oynayacaq.

Xatırladaq ki, Şəhriyar birinci turda ikiqat Avropa çempionu Natalya Jukovaya (Ukrayna) qalib gəlib, ikinci turda Sinqapur şahmatçısı Jonq Janqla heç-heçə oynayıb, üçüncü turda amerikalı Aleksandrdan güclü olub, dördüncü turda Danil Dubovla sülh bağlayıb.

Turnirin 130 min ABŞ dolları məbləğində mükafat fondu uğrunda 32 ölkənin təmsilçiləri mübarizə aparırlar.

“Qatar Masters Open 2015” İsveçrə sistemi üzrə 9 turda keçirilir.

Turnirin qalibləri dekabrın 30-da müəyyən olunacaq.

Xəbər 611 dəfə oxundu.