Azərbaycan çempionatına yekun vuruldu
“Sərhədçi” İdman Olimpiya Mərkəzində 1999-2001-ci il təvəllüdü taekvondoçular arasında təşkil olunan respublika birinciliyinə yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi turnirin sonuncu gününün də qalibləri məlumdur.

Oğlanlar - 51 kq
1. Əli İsazadə - Xəzər
2. Fərid Sultanov - Lənkəran TİM
3. Yunis Məmmədzadə - Xəzər
3. Akşin Abdulov - Neftçi İC

Oğlanlar - 55 kq
1. Qaşım Maqomedov - Gilan
2. Kənan Fərzullayev - Lənkəran TİM
3. Rəvan Hüseynov - Sumqayıt
3. Umud Musayev - Fateh TK

Oğlanlar + 78 kq
1. Orxan Tağızadə - Qəbələ TK
2. Kamran Musazadə - Qax
3. Etibar İbrahimov - Araz Şöhrət
3. Əli Bayramov - Ağcabədi

Qızlar - 52 kq
1. Şəms İsayev - Xəzər
2. Şəms Həsənova - ROM
3. Aidə Hüseyn - Zenit İC
3. Nərmin Süleymanova - 5 saylı Gömrükçü İK

Qızlar - 63 kq
1. Sevil Zamanova - ROM
2. Fənurə Kərimova - Sumqayıt OİK
3. Gülnar Hüseynov - Şəmkir

Qızlar - 68 kq
1. Jalə Əsədli - Fərasət
2. Əfsanə Soltanova - Şamaxı
3. Svetlana Demidenko - Zərdab
3. Səbinə Şahquliyeva - Binəqədi

Qalib idmançılar ATF tərəfindən diplom və medallarla mükafatlandırılıb.

Üç gün davan edən respublika birinciliyində paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparıblar. Birincilikdə on çəki dərəcəsində oğlanlar və qızlar yarışıblar.

Turnir taekvondonun ölkəmizdə təbliği və inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Xəbər 696 dəfə oxundu.