“Qatar Masters open 2015” beynəlxalq şahmat turniri
Qətərin Doha şəhərində keçirilən “Qatar Masters 2015” beynəlxalq şahmat turnirində 4-cü turun oyunları yekunlaşıb. 4-cü turda Şəhriyar Məmmədyarov rusiyalı şahmatçı Danil Dubovla üz-üzə gəlib. Qarşılşma sülhlə nəticələnib. 4 turdan sonra 5 şahmatçı – Aniş Qiri, Cao Li, Vesli So, Maqnus Karlsen və Maksim Matlakov hərəyə 3.5 xal toplayaraq turnirə liderlik edirlər. Şəhriyar Məmmədyarov isə liderlərdən yarım xal az toplayaraqv 3 xalla 10-cu yerdədir. 5-ci turda həmyerlimiz Kismatullin Denisi sınağa çəkəcək.

Xəbər 853 dəfə oxundu.