“Lokomotiv” voleybol klubunun baş məşqçisi istefaya göndərilib
Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubunun baş məşqçisi Fransua Salvaqnini istefaya göndərilib.

Baş məşqçinin köməkçilərindən Andrea Selani, həmçinin komandaya gətirdiyi digər həmyerliləri də vətəninə yola salınıb.

Azərbaycan Super Liqasında 9 oyundan 16 xal toplayan “Lokomotiv” 3-cü yerdə qərarlaşıb. Çempionlar Liqasının “A” qrupunda mübarizə aparan Bakı təmsilçisi 6 xalla ikinci pillədədir.

Xəbər 793 dəfə oxundu.