Taekvondo üzrə respublika birinciliyi davam edir
“Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında taekvondo üzrə respublika birinciliyi davam edir.

Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi turnirin ikinci gününün qalibləri müəyyənləşib. Oğlanların yarışında Cavid Məmmədov (48 kq), Nurlan Fətəliyev (59 kq), Ələsgər Əliyev (68 kq) və Mert Çiçek (73), qızların mübarizəsində isə Aliyə Zeynalova (44 kq), Zarema Şamxalova (46 kq), və Gülsüm Gültəkin (59 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qalib idmançılar ATF tərəfindən diplom və medallarla təltif ediliblər.

Respublika birinciliyində paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları 10 çəki dərəcəsində mübarizə aparırlar.

Xəbər 721 dəfə oxundu.