“İnter” futbol klubuna yeni prezident təyin olunub
Bakının “İnter” futbol klubuna yeni prezident təyin olunub.

AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, “İnter”in Müşahidə Şurasının qərarı ilə Rəşad Qasımov klubun prezidenti vəzifəsinə təyin olunub. O, bu postda “İnter”in əvvəlki prezidenti bolqarıstanlı Georgi Nikolovu əvəz edəcək.

Qeyd edək ki, R.Qasımov bundan əvvəl Azərbaycan Beynəlxalq Bankında Mühasibatlıq və Büdcə Departamentinin direktoru vəzifəsində işləyib.

Xəbər 752 dəfə oxundu.