Həmvətənimiz Ukraynada bürünc medal qazanıb
Xarkovda “ADCC Submission Fighting V Ukrainian National Championship-2015” çempionatı start götürüb. Poltava İqtisadiyyat və Ticarət Universitetinin 4-cü kurs tələbəsi, ciu-citsu üzrə qırmızı kəmərin və qreplinq üzrə Dünya Kubokunun sahibi, azərbaycanlı Əhməd Qurbanlı 3-cü yer uğrunda mübarizədə erməni David Stepanyana qalib gəlib.

Qeyd edək ki, idmançımızın medalı Azərbaycanın ADCC Çempionatlar Liqasında ilk mükafatıdır.

AZƏRTAC

Xəbər 606 dəfə oxundu.