Tərlan Əhmədov planları açıqladı
“Zirə” ilə oyundan sonra istirahətə yollanan AZAL-da qış hazırlıq planları dəqiqləşib. Baş məşqçi Tərlan Əhmədov hazırlıq proqramını dünən rəhbərliyə təqdim edib.

3 mərhələdən ibarət təlim proqramına əsasən məşqlər gələn il yanvarın 5-də bərpa olunacaq. İlk gündə tibbi baxışdan keçiriləcək komandanın üzvləri ayın 6-da meydançaya çıxacaq. Birinci mərhələ yanvarın 10-da yoldaşlıq görüşü ilə yekunlaşacaq. 11-24 yanvar aralıgında isə növbəti təlim-məşq toplanışına start veriləcək.

Bu müddət ərzində məşqlərlə yanaşı ən azı 4 yoxlama oyunu da keçiriləcək. Artıq rəqiblərin axtarışına başlanılıb. Çox güman AZAL hazırlıq dövründə ölkə xaricinə yollanmayacaq “Kəpəz”lə iki oyunda üz-üzə gələcək. Klublar arasında ilkin danışıqlar aparılır və bunun nəticəsindən asılı olaraq oyun tarixləri müəyyənləşəcək. Əgər “Sumqayıt” və “Rəvan” kimi elita klubları da Bakıda qalsa, onda bu sınaqçı-rəqiblərə də müraciət olunacaq.

Xəbər 816 dəfə oxundu.