“Nar” və “Rabitə” idman klubu tərəfdaşlıq müqaviləsi imzalayıblar
“Nar” mobil operatoru və “Rabitə” idman klubu tərəfdaşlıq müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən, mobil operator idman klubunun rəsmi tərəfdaşı olub.

30-dan çox peşəkar boksçunu öz ətrafında birləşdirən “Rabitə” idman klubunun yetişdirməsi olan Azərbaycan idmançıları Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərərək, müxtəlif uğurlara imza atıblar.

Qeyd edə ki, 2010-cu ildə təsis edilmiş “Rabitə” idman klubunun yeniyetmə, gənc və böyüklərdən ibarət boksçuları müxtəlif beynəlxalq turnirlərdə 237 medal qazanaraq yüksək nəticə göstəriblər.

Bu il Bakıda keçirilmiş ilk Avropa Oyunlarının yeganə telekommunikasiya tərəfdaşı olmuş “Nar” hər zaman müxtəlif idman növlərinin inkişafına öz töhfəsini verir və mühüm idman yarışlarının dəstəkçisi qismində çıxış edir.

Xəbər 820 dəfə oxundu.