Bakının “Neftçi” klubu Rumıniya, Macarıstan və Qazaxıstan komandaları ilə qarşılaşacaq
Xəbər verdiyimiz kimi, Bakının “Neftçi” futbol klubu qış fasiləsi zamanı Türkiyədə təlim-məşq toplanışı keçirəcək.

Bakı təmsilçisi hazırlıq prosesi çərçivəsində dörd yoxlama oyununda qüvvəsini sınayacaq. Artıq komandamızın rəqibləri bəlli olub.

“Neftçi” Rumıniyanın “Universitatya Krayova”, Macarıstanın “Ferençvaroş” və Qazaxıstanın “Atırau” komandaları ilə qarşılaşacaq.

Bakı təmsilçisinin dördüncü rəqibi yaxın günlərdə müəyyənləşəcək.

Xəbər 665 dəfə oxundu.