Cüdo üzrə Binəqədi rayon açıq birinciliyi keçirilib
Dekabrın 20-də Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən Turan İdman Klubunda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 saylı Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” münasibətilə 2002-2003-cü il təvəllüdlü uşaq və yeniyetmələr arasında Cüdo üzrə Binəqədi rayon açıq birinciliyi keçirilib.

Müxtəlif çəki dərəcələri üzrə keçirilən birincilikdə ümumi qazanılmış medalların sayına görə Lokomativ İdman Sağlamlıq Mərkəzini birinciyə, Qəbələ İdman Klubunu ikinciyə, Turan İdman Klubu və Azəri İdman Klubunun komandaları isə üçüncü yerə layiq görülüblər.

Yekun nəticələrə görə qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medalla mükafatlandırılıblar.

Qeyd edək ki, turnirdə Bakı və regionların bir sıra komandaları da daxil olmaqla ümumilikdə 122 nəfər idmançı müxtəlif çəki dərəcələrində qalibiyyət uğrunda mübarizə aparıblar.

Xəbər 4411 dəfə oxundu.