“Qəbələ” heyətdə dəyişiklik etməyə qərar verib
Qış fasiləsinə çıxan “Qəbələ” heyətdə dəyişiklik etməyə qərar verib.

Baş məşqçi Roman Qriqorçuk Derlis Meza Kollidən sonra rumıniyalı yarımmüdafiəçi Georgi Floreskunun da xidmətindən imtina edib.

Fakundo Pereyra da klubu tərk edənlər arasındadır. Yerli futbolçulardan isə Vaqif Cavadov və Vüqar Nadirovun da heyətdən gedəcəyi dəqiqləşib.

Xəbər 637 dəfə oxundu.