Gəncədə uşaq evinə hədiyyələr verilib
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə AFFA və "Kəpəz" PFK İctimai Birliyinin əməkdaşları Gəncə şəhərindəki uşaq evində olub. Valideyn himayəsindən mərhum olan uşaqların bayramlarını təbrik edən tədbir iştirakçıları onlara hər iki qurum adından toplar və idman geyimləri təqdim ediblər. Qonaqlara dərin təşəkkürünü bildirən uşaq evinin kollektivi ilə sonda xatirə şəkli çəkilib.

Xəbər 683 dəfə oxundu.