Ronaldu 1 milyon avroya maşın aldı
Portuqaliya yığmasının və İspaniya “Real”ının futbolçusu Kriştianu Ronaldu qiymətli hədiyyə alıb. İdman.com.az saytının məlumatına görə, 27 yaşını sevgilisi İrina Şeyklə dar çərçivədə qeyd edən ulduz hücumçu, özünə hədiyyə alıb.

Ronaldu 1 milyon avroya yaxın ödəyərək “Lamborcini-Aventador”a sahib olub. Bu özəl modeli aldıqdan sonra Ronaldonun şəxsi avtoparkındakı maşınların sayı artıb. Onun bundan başqa 1 “Bentli”, 4 “Audi”si, 2 “Mersedes”i, həmçinin “Aston Martin”, “Mazerati” və “Porşe”si var.

Xəbər 1059 dəfə oxundu.