U-17 komandası növbəti qələbəsini qazandı
“Neftçi” PFK-nın U-17 komandası AFFA-nın təşkil etdiyi Bakcell U-17 liqasında növbəti qələbəsini qazanıb. Baş məşqçi Elşad Əhmədovun yetirmələri XII turda “Bakı” klubuna 3:1 hesabı ilə qalib gəliblər. Komandamızın heyətində Pərviz Həsənov “het-trik”ə imza atıb.
Qeyd edək ki, bu qələbədən sonra “Neftçi” 29 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər 707 dəfə oxundu.