Azərbaycan cüdoçusu “Sportinq”ə bürünc medal qazandırıb
Azərbaycan cüdoçusu Rüstəm Orucov Portuqaliyanın “Sportinq” klubunun heyətində Vyanada keçirilən Qızıl liqanın bürünc mükafatçısı olub. Avropanın ən güclü klublarını bir araya gətirən komanda turnirində “Sportinq” klubu əvvəlcə “Dinamo-Alanye” üzərində qələbə qazanıb (4: 1), lakin gərgin mübarizə şəraitində keçən yarımfinalda turnirin qaliblərinə - “Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə uduzub.

Portuqaliya komandası bürünc medal qazanmaq şansından istifadə edərək, kiçik finalda 4: 1 hesabı ilə ev sahiblərinə - “Galaxy Tigers Vienna” klubuna qalib gəlib.

Beləliklə, R.Orucov mövsümü major not ilə başa çatdırıb və bu il şəxsi mükafatlarına “Sportinq”in heyətində qazandığı bürünc medalı əlavə edib.

Xəbər 845 dəfə oxundu.