Mətbuat konfransı keçiriləcək
10-12 fevralında Bakıda karatenin WKF versiyası üzrə yeniyetmə və gənclər arasında 39-cu Avropa birinciliyi keçiriləcək. Yarış Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq. Təntənəli açılış mərasimi fevralın 10-u, saat 16:00-a təyin edilib. Sabah, saat 13:00-da isə, "Avropa" mehmanxanasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Xəbər 1142 dəfə oxundu.