Yeniyetmə güləşçilərimiz Kaspiyskdən 1 gümüş və 1 bürünc medalla qayıdırlar
Dağıstanın Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçirilib.

Məşqçi Namiq Quliyevin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olublar.

Turnirdə 76 kiloqram çəki dərəcəsində mübarizə aparan İsmayıl Abdullayev yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza 42 kiloqram çəki dərəcəsində Tural Əsgərov qazandırıb.

Xəbər 723 dəfə oxundu.