“Qarabağ” II dövrənin qalibidir
“Qarabağ” Topaz Premyer Liqasında II dövrənin qalibi olub. Mövsümün ilk yarısını 1-ci yerdə başa vuran Ağdam təmsilçisi son 9 turda hamıdan çox 18 xal toplayıb. I dövrənin qalibi “Qəbələ”dən yalnız əlavə göstəricilərdə geri qalan Qurban Qurbanovun yetirmələri liderliyə II dövrədəki nəticələri ilə yüksəlib. Ağdamlılar burada hamıdan çox – 5 qələbə qazanıb, “Kəpəz” kimi 1 dəfə uduzub və hamıdan az – 4 top buraxıb. II dövrədə “Sumqayıt” hamıdan çox – 17 qol vurub. Ümumiyyətlə dövrənin 45 matçında 89 qol vurulub.

Xəbər 696 dəfə oxundu.