“Qəbələ” baş məşqçi Roman Qriqorçuk ilə müqavilə müddətini uzadıb
“Qəbələ” futbol klubu baş məşqçi Roman Qriqorçuk ilə müqavilə müddətini uzadıb.

Ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2015-2016-cı il mövsümünün sonunda başa çatacaq 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyununda - 2016-2017-ci il mövsümünün sonunda başa çatacaq.

“Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan R.Qriqorçukun rəhbərliyi altında 2014-2015-ci il mövsümündə Premyer Liqanın bürünc mükafatını qazanıb, 2015-2016-ci il mövsümümdə UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.

Xəbər 719 dəfə oxundu.