Qazaxıstanda “Pavlodar-open” Beynəlxalq şahmat turniri başa çatıb
Qazaxıstanda “Pavlodar-open” Beynəlxalq şahmat turniri başa çatıb.

Yarışa qatılan 83 idmançı arasında Azərbaycanı qrossmeyster Vüqar Rəsulov təmsil edib. O, 6,5 xalla on ikinci yeri tutub.

Fəxri kürsünün ən yüksək pilləsinə rusiyalı Sergey Yudin qalxıb.

“Pavlodar-open” turnirinin mükafatları uğrunda Qazaxıstan, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qırğızıstan və Özbəkistandan şahmatçılar mübarizə aparıblar.

Xəbər 711 dəfə oxundu.