Fikrət Hüseynov:”Tərlan Əhmədovla əməkdaşlıqdan məmnunuq”
İdman.com.az klubun rəsmi saytına istinadən AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun müsahibəsini təqdim edir:

Dünən keçirilən “Neftçi” – AZAL oyunundan sonra Fikrət Hüseynovla müsahibə götürüb suallarımıza cavab almaq zərurəti yarandı. “Təyyarəçilər”in zəfəri ilə başa çatan qarşılaşmadan sonra danışılası, klubla baglı aydınlıq gətiriləsi məqamlar da kifayət qədər idi. Yəni “mövzu zənginliyi” görüşün maraqlı alınacagından xəbər veriridi. Gözlənilən də oldu. Fikrət bə kifayət qədər səmimi cavabları ilə futbol ictimaiyyətinə həm də maraqlı mesajlar verdi.Oyunun həyacanının və qələbənin sevincinin təsirində olan vitse-prezident söhbətə “Neftçi” ilə oyundan başladı:


-Agır oyun oldu. “Neftçi” kimi adlı-sanlı rəqib üzərində qələbə qazandıq. Özü də komandamız gözəl oyun nümayış etdirdi. Biz bunu təsadüf saymırıq. Çünki komandamızın gücünə bələdik. İlk oyunda da bu rəqibi məglub etmişdik. Son oyunlar mövsümün əvvəlində atdıgımız addımların dögru oldugunu təsdiqləyir. Heyət gənclərdən qurulsa da onların potensialı var. Biz buna həmişə inanmışıq. Qələbə həmişə gözəldi. Amma eyforiyaya qapılmaq lazım deyil. İndi ilin son oyunu haqda düşünməliyik. Qarşıda “Zirə” ilə görüş var. Bu oyunda da qalib gəlmək lazımdır.


-Bir neçə gündən sonra çempionatda fasilə yaranacaq. Yəqin ki komandada müəyyən dəyişiklik olacaq. Klubun planları haqda nə deyə bilərsiz?


-Artıq hazırlıq planı hazırdı. Baş məşqçi öz proqramını bizim müzkirəmizə təqdim edib. Rəhbərlik onun icrasını təmin etmək üçün lazımi işləri görəcək. Heyətdə ciddi dəyişiklik gözlənilmir. Tərlan Əhmədov problemli mövqələrə bir-iki futbolçu alınmasını istəyib. İndi bunun üzərində çalışırıq. Artıq bir əcnəbi futbolçu ilə razılıga gəlmişik. Meksikalı Adan Koronado ilə müqavilə baglanılıb və o yanvarın 6-da komandaya qoşulacaq. Digər namizədlər də var. Tərlan Əhmədovun verdiyi siyahı əsasında transfer fəaliyyətimizi quracagıq. Sadəcə danışıqlar getdiyi üçün açıqlama vermək bir qədər tezdir.


- Yeri gəlmişkən, Tərlan Əhmədovun işini necə qiymətlndirirsiniz?


-Tərlan Əhmədovun işi göz qabagındadır. Belə bir komanda formalaşdırdıgına görə ona ancaq təşəkkür edə bilərik. O klubun ən agır vəziyyətində bizə, kollektivə sadiq qaldı. Hələ may ayının sonunda biz strategiyanı dəyşərkən, büdcəni azaldarkən Əhmədov klubda qalacagını bildirdi. Gənc olmasına baxmayaraq Tərlan təcrübəli həmkarlarının risq belə etmədiyi yükün altına girdi. Məhdud büdcə, təcrübəsiz futbolçular, heyətlə baglı problemlər onu qorxutmadı. Əksinə Əhmədovun cəsarəti və gələcəyə inamı bizi işə həvəslndirdi. Düzü özümüzün icərimizdə də komadanın perspektivinə şübhə ilə yanaşanlar var idi. Heyətə cəlb olunanların bir çoxu uzun müddət idi futboldan kənarda qalmışdı. Murad Səttarlı, Nuqzar Kvirtiya, Rail Məlikov, Qvanzav Maqomedov, Emin Cəfəruliyev kimi oyunçular müəyyən səbəbdən yaşıl meydançadan uzaq düşmüşdülər. Lakin Tərlan həmişə səbrli olmagı və mübariz komanda yaradacagımızı əminliklə söyləyirdi. Bu gün onun ümidləri dogrulmaqdadı. Hesab edirəm ki, AZAL oyun baxımından heç kimdən aşkar geri qalmır. Nəticə də qənaətbəxşdi. Tərlan Əhmədov klubun ehtiyyat qüvvəsinin yetişməsinə, aşagı yaş qruplarından istedadlı yeniyetmələrin tapılb üzə çıxarılmasında da əvəzsiz xidmət göstərir. Məhz o Seymur Əsədovu, Kamal Mirzəyevi, İsmayıl İbrahimlini, Aydın Qasımovu üzə çıxardı. Bu gün bütün uşaq komandalarının oyunlarını izləyir, bizə daim təkliflər verir. Bir sözlə, onunla yollarımızı davam edirik və belə əməkdaşlıqdan məmnunuq.


- Komanda ilə baglı məlumatları dediniz. Bəs ümumilikdə klubun inkişaf perspektivləri haqda nə deyə bilərsiz?

-Bu sahədə də addımlar atılır. İnfrastruktur imkanlarının yaxşılaşdırılması üçün bəzi layihələri həyata keçiririk. “AZAL-Arena”nın öt örtüyünün dəyişdirilməsi üçün danışıqlar başa çatıb. Dekabrın 21-dən etibarən türkiyəli mütəxəssislər stadionda işə başlayırlar. Uşaq futboluna diqqəti artırmaq istəyirik. Bunun üçün klub rəhbərliyi qarşısında məsələlər qoymuşuq. Eni zamanda AFFA ilə əməkdaşlıga ciddi önəm veririk. Klubun büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsi istiqamətində də işlər aparılır. Bir sözlə, klubun yeni strategiyasına əsasən yeni imicə, yeni simaya malik olacaq AZAL-ın gələcəyi naminə bütün imkanlar səfərbər olunub.

Xəbər 1216 dəfə oxundu.