“Sumqayıt”-“Rəvan” oyununda qapılara altı top vurulub
Dekabrın 19-da futbol üzrə Topaz Premyer Liqasının XVIII turuna start verilib.

İkinci dövrənin son turunun ilk qarşılaşmasında “Sumqayıt” komandası “Kapital Bank Arena”da “Rəvan”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 3:3 hesabı ilə başa çatıb.

“Sumqayıt”ın heyətində Amil Yunanov dubl edib, Mikayıl Rəhimov isə fərqlənib. Rəqib komandanın qollarını Şeriff Suma, Ruslan Tağızadə və Ramazan Abbasov vurublar.

Xəbər 824 dəfə oxundu.