Əli Səmədova daha bir etimad
Dekabrın 21-dən 25-dək Bakı şəhərində 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.Toplanışa 21 futbolçu dəvət alıb. Onlar arasında “Kəpəz”in əvəzedici heyətinin üzvü Əli Səmədov da var.

Xatırladaq ki, gənc yarımmüdafiəçi bundan öncə 19 yaşlılardan ibarət yığma komandanın təlim-məşq toplanışında və Avropa Çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edib. Səmədov Bakıda keçirilən qitə birinciliyinin Ukrayna, Türkiyə, Bosniya və Herseqovinaya qarşı matçlarında meydana çıxıb.

Xəbər 726 dəfə oxundu.