Ömər Paşayev “Kəpəz” – “Neftçi” oyununu idarə edəcək
Topaz Premyer Liqasında 18-ci turun təyinatları açıqlanıb. Dekabrın 20-də keçiriləcək “Kəpəz” – “Neftçi” oyununun baş hakimi Ömər Paşayev olacaq. Matça yan xətt hakimləri kimi Mehman Mahmudov və Akif Əmirəli təyinat alıb. Elman Musayev isə ehtiyat hakim funksiyasını yerinə yetirəcək.

20 dekabr (bazar)
“Kəpəz” – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Akif Əmirəli, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu, 14:00

Xəbər 774 dəfə oxundu.