U-14 komandasından böyük hesablı qələbə
“Neftçi” PFK-nın U-14 komandası AFFA-nın təşkil etdiyi U-14 liqasında növbəti oyununu keçirib. Baş məşqçi Eldəniz Məmmədovun yetirmələri XI turda “Vətən” RİOEUG klubu ilə qarşılaşıblar. “Dalğa Arena”da baş tutmuş görüşdə komandamız rəqibi bütün komponentlərdə üstələyib – 3:0. Qolları Ramin Nəsirli, Valeh Qəhrəmanlı və Mübariz Sultanov vurublar.

Xəbər 808 dəfə oxundu.