“Azərbaycan idmana xərclənən vəsait özünü göstərir”
“Azərbaycan Premyer Liqası o qədər də pis çempionat deyil. Bunu mən yox, tanıyan-bilən adamlar deyir. Çünki orada böyük pullar var, idmana xərclənən vəsait özünü göstərir”. İdman.com.az saytının məlumatına görə, bu sözü Kosta-Rikanın “Kartagin” klubunun prezidenti Xose Luis Rodriges deyib.

O, komandasının futbolçusu Rendall Brenesin “Xəzər Lənkəran”a keçidi haqda danışıb: “Orada Uinston Parks kimi futbolçu çıxış edir. Rendall “Xəzər Lənkəran”a keçməklə Çempionlar Liqasında, ya da Avroliqada oynamaq şansı qazanacaq. Konkret kluba gəlincə, onların demək olar ki, hər şeyi var. Klubun sahibi böyük pullara malik sahibkardır. Komandanı Azərbaycanın “Çelsi”si sayırlar. Tezliklə Brenesin sənədlərini qaydasına salıb, Lənkərana yola salacağıq”.


Xəbər 1040 dəfə oxundu.