Cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Üç gün davam edən turnirdə bütün çəki dərəcələrində qaliblər müəyyənləşib.

Yarışın son günündə Vüsal İbrahimov (55 kq), Paşa Əliyev (73 kq), İmran Yusifli (90 kq), Məhəmməd Abdullayev (90 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Ümumi komanda hesabında “Neftçi” (3 qızıl, 5 gümüş, 7 bürünc medal) birinci olub. “Qəbələ” 3 qızıl, 2 gümüş, 4 bürünc medalla ikinci, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası (3 qızıl, 2 bürünc) isə üçüncü pillədə qərarlaşıb.

Xəbər 781 dəfə oxundu.