Şərur Olimpiya İdman Kompleksi
İstifadəyə verilmə tarixi: 03.08.2009

Şərur Olimpiya İdman Kompleksinin ümumi ərazisi 9 hektardır, 4 hektar sahədə yaşıllaşdırma işləri aparılmışdır. Binanın sahəsi 12.086 kvadratmetrdir. Buraya mehmanxana, idman kompleksi, 142 tamaşaçı yeri olan üzgüçülük hovuzu daxildir. Bundan əlavə, kompleksdə 2400 tamaşaçı yeri olan süni örtüklü stadion, tennis kortları, mini futbol, basketbol və voleybol meydançaları vardır. Üçmərtəbəli, 60 nəfərlik mehmanxanada hər cür rahatlığı olan 30 otaq, iclas zalı, 68 nəfərlik yeməkxana fəaliyyət göstərir. İkimərtəbəli idman kompleksindəki oyun zalında həm mini futbol, həm də boks, güləş, basketbol yarışları keçirmək mümkündür. Kompleksdə iki trenajor zalı da var.
Kompleksin ərazisində 2400 tamaşaçı yeri olan süni örtüklü stadion da inşa olunub.

Ünvan: AZ-6800, Şərur şəhəri, Şəhriyar küçəsi, 1.
Telefon: 036-542-30-40

Xəbər 6495 dəfə oxundu.