“Zirvə”nin cüdoçuları ölkə birinciliyində uğurla çıxış ediblər
Dekabrın 18-də Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Yarışda respublikamızın müxtəlif bölgələrindən 500-ə yaxın idmançı mübarizə aparıb. Ənənəvi olaraq respublika səviyyəli yarışda “Zirvə” idman klubunun üzvləri də çıxış ediblər.

Qızların yarışında 57 kiloqram çəki dərəcəsində yarışan Zəhra Mehdiyeva finaladək irəliləyib və gümüş medalla kifayətlənib. Birincilikdə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Nərmin Abdullayeva isə bürünc medal qazanıb.

Hər iki cüdoçu “İsmayıllı-Zirvə” klubunu təmsil edir.

Cüdoçuların respublika birinciliyində yaxşı çıxış etmələri milli komandanın məşqçilərinin də diqqətini cəlb edib. Qızlar yeniyetmələrdən ibarət yığmaya dəvət alıblar.

Xəbər 689 dəfə oxundu.