“Qarabağ” ilin son qarşılaşmasının hazırlıqlarını davam etdirir
“Qarabağ” ilin son qarşılaşmasının hazırlıqlarını davam etdirir. Premyer Liqanın XVIII turunda “Qəbələ”ni qəbul edəcək komanda 1 məşqin ardından oyun saatını gözləyəcək. Qış fasiləsi öncəsi Rydel Pupon “Sumqayıt”la baş tutan sonuncu qarşılaşmada qırmızı vərəqə alaraq cəzalı duruma düşüb. Bundan başqa 1 aya yaxındır zədəli olan ƏlHarbi Əl Jadouiui də oyunu buraxacaq.

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” qarşılaşması şənbə günü, dekabrın 19-u saat 18:00-da Suraxanıdakı “Azərsun Arena”da keçiriləcək.

Xəbər 723 dəfə oxundu.