Kənan İzzət “2015 Australian Masters” turnirində növbəti qələbəsini qazanıb
Melburnda qrossmeyster norması üzrə III ”Australian Masters” turniri keçirilir. Turnirdə 10 şahmatçısı, o cümlədən Azərbaycan təmsilçisi, beynəlxalq usta Kənan İzzət iştirak edir.

Beynəlxalq usta K.İzzət 6-cı turda Avstraliya şahmatçısı Darril Yohansenə qalib gəlib. O, altı turdan sonra 6,5 xal toplayan yerli şahmatçı Maks İllinqvortdan yarım xal geri qalır.

Kənan İzzət yeddinci turda qara fiqurlarla FIDE ustası Luke Li (Yeni Zelandiya) ilə görüşəcək.

Turnirdə Rusiya və Latviya şahmatçıları da iştirak edirlər.

Xəbər 922 dəfə oxundu.