Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib
Topaz Premyer Liqasının XVII turunun “Zirə” - “Qəbələ” oyunundan (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:

“Oyundan öncə Sergey Zenyovla danışmışdıq, zədədən yeni qayıdıb. Erkən əvəzləməkdə məqsəd Zenyovu zədədən qorumaq idi. Mən futbolçulara təşəkkür edirəm, oyunu isə qarşıdakı günlərdə təhlil edəcəyik. İlk hissədə bəzi oyunçular məsuliyyəti öz üzərlərinə götürə bilmədilər, ikinci hissədə isə belə hal yaşanmadı”.

Xəbər 804 dəfə oxundu.