Blits üzrə Avropa Çempionatı start götürür
Dekabrın 18-də Belarusiyanın paytaxtı Minsk şəhərində blits üzrə Avropa çempionatı start götürəcək. Yarışda 23 ölkədən 661 (78 beynəlxalq qrossmeyster) şahmatçı mübarizə aparacaq. Çempionatda ölkəmizi beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov, Rauf Məmmədov ,Qədir Hüsynov həmçinin, Rasim Əliyev, Elnur Əliyev, Rüstəm Bünyatov, Murad İbrahimli, Aydın Süleymanlı, Atilla Eynullayev, Nihad Əsgərov və Fərid Məmmədov təmsil edəcəklər. Çempionat isveçrə sistemi ilə 11 turdan ibarət keçiriləcəkdir.

Xəbər 865 dəfə oxundu.