Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulacaq
Dekabrın 17-də Topaz Premyer Liqasında XVII turun oyunlarına yekun vurulacaq.

İki görüş keçiriləcək.

Günün ilk görüşündə “Xəzər Lənkəran” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək.

Tura isə paytaxtda yekun vurulacaq. Yeni baş məşqçisi Əsgər Abdullayevin gəlişindən sonra inamlı təsir bağışlayan “Neftçi” AZAL-ı qəbul edəcək.

Xəbər 699 dəfə oxundu.