Astara rayon komandası boks üzrə yüksək nailiyyətlər qazanıblar
12-13 dekabr tarixlərində Neftçala şəhərində Qarabağ veteranlarının şərəfinə keçirilən Boks üzrə Neftçala rayonunun açıq birinciliyində Astara rayon komandası iştirak edib və yüksək nailiyyətlər qazanıblar.

İdmançılardan Soltan Məstəliyev (34 kq), Əli Məlikov (38 kq), Rəvan Cəbiyev (44 kq) I yerə; Ruhan Əmirov (26 kq), Taleh Bəşirov (28 kq), Ruslan Əmirov (29 kq) II yerə layiq görülüblər.

Komandanı yarışa boks üzrə məşqçi Elnur Bəşirov hazırlayıb.

Xəbər 847 dəfə oxundu.