Beynəlxalq turnirdə astaralı idmançıların qələbəsi
26-28 noyabr Bakı şəhərində Juboksinq döyüş növü üzrə keçirilən Beynəlxalq turnirdə astaralı idmançılar yüksək nailiyyətlər qazanıblar.

Turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Dağıstanın yığma komandaları qələbə uğrunda mübarizə aparıblar.

Beynəlxalq turnirdə astaralı idmançılardan İsmayıl Quliyev (20 kq), Türkanə Quliyeva (35 kq), Pərviz Hüseynzadə (56 kq), İbrahim Həmidov (56 kq), Rüstəm Novruzov (35 kq), Əhməd Axundov (58 kq) və Əfsun Ağayev (65 kq) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə sahib olublar.

Xəbər 770 dəfə oxundu.